Dəmirbank | Banco.az

Dəmirbank

Ünvan: 
AZ 1008, Bakı şəhəri, Qarabağ küç.31
Telefon: 
(+994 12) 444 71 30; (+994 12) 444 71 71
Filialı: 
33
Bankomatlar: 
60
E-poçt: 
info@demirbank.az
CEO: 
Fərid Abuşov
Kredit
Rekvizitlər: 

Ünvan: AZ 1008, Bakı şəhəri, Qarabağ küç.31 

VÖEN: 9900001471

Kod: 509750

Müxbir hesab: AZ85NABZ01350100000000011944

Swift kodu: AZERAZ22

Telefon: (+994 12) 444 71 30; (+994 12) 444 71 71

Faks: (+994 12) 496 09 77; (+994 12) 441 19 76

E-mail: info@demirbank.az  

URL: www.demirbank.az

Call center: 
Tel: 149
Əlavə məl.: 

Bankın yaranması və adı

DəmirBank 25 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.

Bankın aktivləri və kapitalı

1 may 2014-cü il tarixinə 405.7 mln. AZN məbləğində aktivləri ilə DəmirBank Azərbaycanda özəl banklar sırasında ilk onluğa daxildir. 1 may 2014-cü il tarixinə Bankın məcmu kapitalı isə 61.7 mln. AZN təşkil edir.

Beynəlxalq səhmdarlar

Bankın səhmdarları sırasına 2005-ci ildən “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.

Beynəlxalq reytinq

ətraflı

Bankın yaranması və adı

DəmirBank 25 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.

Bankın aktivləri və kapitalı

1 may 2014-cü il tarixinə 405.7 mln. AZN məbləğində aktivləri ilə DəmirBank Azərbaycanda özəl banklar sırasında ilk onluğa daxildir. 1 may 2014-cü il tarixinə Bankın məcmu kapitalı isə 61.7 mln. AZN təşkil edir.

Beynəlxalq səhmdarlar

Bankın səhmdarları sırasına 2005-ci ildən “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.

Beynəlxalq reytinq

2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, DəmirBank ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olmuşdur. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinq proqnozları isə Bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Geniş çeşiddə bank xidmətləri

DəmirBank müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, akkreditiv və zəmanətlərin açılması, lizinq xidmətləri, klirinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassasiya, bank seyflərinin icarəsi, İnternet-Bank, SMS-Bank, Telefon-Bank və sair xidmətlər təklif edir.

Geniş xidmət şəbəkəsi

DəmirBank ölkə üzrə 33 filialdan ibarət olan geniş filial şəbəkəsinə malikdir. Onlardan 13-ü Bakı şəhərində, 20-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqan şəhərlərində yerləşir. DəmirBank Bakıda və ölkənin regionlarında yerləşən 60-dək bankomatdan ibarət şəbəkəyə malikdir.

Kredit və ticarətin maliyyələşdirilməsi üzrə əməkdaşlıq

DəmirBank kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir.

Əmanətlərin Sığortalanması

DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Beynəlxalq ödəniş sistemlərində üzvlük və müxbir əlaqələr

DəmirBank MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin, eləcə də S.W.I.F.T. beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. DəmirBank Azərbaycanın, Avropanın, Asiyanın, ABŞ-ın və MDB ölkələrinin aparıcı bankları ilə də geniş müxbir əlaqələrə malikdir.

Təcili pul köçürmə sistemləri

DəmirBank 200-dək ölkə üzrə 5 - 7 dəqiqə ərzində münasib tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verən Western Union, Coinstar, Lider, Contact, Blizko, UPT və Forsaj kimi beynəlxalq təcili pul köçürmə sistemlərinə qoşulubdur. Bank özünün “Şimşək” sistemini yaratmışdır ki, bu da ölkə daxilində bir filialdan digərinə hesab açmadan 7 dəqiqə ərzində pul köçürmələrini həyata keçirməyə imkan verir.

Bakı Fond Birjası və Milli Kart şirkətlərində səhm payı

DəmirBank Bakı Fond Birjasının səhmdarlarından biri olan və birjada broker və diller xidmətləri göstərən ADB Broker şirkətinin təsisçisidir. Bank həmçinin MilliKart prossesinq mərkəzinin əsas səhmdarlarından biridir.

İnstitusional inkişaf

DəmirBank institusional inkişafa böyük əhəmiyyət verir. Bank institusional inkişaf və müxtəlif fəaliyyət istiqamətlərinin gücləndirilməsi üzrə AYİB, USAID, IFC və digər maliyyə təşkilatlarının beynəlxalq proqramları çərçivəsində texniki yardımlardan istifadə edib.

Sosial-yönümlü fəaliyyət

DəmirBank prioritetlərindən biri onun sosial-yönümlü fəaliyyətinin gücləndirilməsidir. Bu siyasətə uyğun olaraq, Bank hər il sosial və ictimai əhəmiyyətli proqramlarda iştirakını gücləndirir, əhalinin mikro-kreditləşməsini və kütləvi bank xidmətlərini (kommunal ödənişlər, pul köçürmələri) genişləndirir və digər tədbirlər həyata keçirir.

Mükafat və Nominasiyalar

DəmirBank 2009-cu ilin yekunlarına görə “Uğurlu Rebrendinq” nominasiyasında UĞUR 2009 mükafatına layiq görülüb. Bank daha əvvəl “Etimad Bankı” və "Regionlarının sosial-iqtisadi inkişafı sahəsində xidmətləri” nominasiyaları üzrə UĞUR mükafatına layiq görülmüşdür. DəmirBank-ın internet saytı 2010-cu ildə “Azərbaycanda ən yaxşı korporativ sayt” nominasiyasında NETTY mükafatına layiq görülüb. Bu və digər nominasiyalar barədə daha ətraflı
 “Nominasiyalar” məlumat verilir.

Press Reliz