Yeni nəsil plastik kartlar: toxunmadan ödə | Banco.az

Yeni nəsil plastik kartlar: toxunmadan ödə

Hazırda bir sıra debet kartlarında mövcud olan təmassız kart funksiyası maraq doğurur. Lakin, bir çoxlarının belə bir kartların mövcudluğundan xəbəri yoxdur. Mövzuya aydınlıq gətirək.

Contactless kartları kimi tanınan təmassız kartların digər ümumi plastik kartlardan fərqi odur ki, bu kartın sahibləri ticarət mərkəzlərində, mağazalar­da, iaşə obyektlərində pos teminallar vasitəsilə elektron ödəniş edən zaman tələb olunan pin kodu daxil etmədən ödəniş edə bilirlər. Belə ki, siz kartı pos terminala yaxınlaşdırmaqla əlavə hər hansı iş görmədən ödənişinizi edirsiniz. Təbii ki, bu plastik kartlarda ödəniş limiti də mövcuddur və bu limitdən daha çox ödəniş etməyinizə icazə verilmir.

Bu növ kartları müasir dövrün kartları adlandırmaq olar. Çünki, əlavə tədbir görmədən birbaşa ödənişi etməklə zamana qənaət edə bilirsiniz. Bu növ plastik kartlarda ödəniş daha sürətli və sadə olur.

Bəs bu plastik kartları necə əldə etmək olar?

Belə ki, sözügedən təmassız kart  funksiyası dünyanın ən böyük iki plastik kart şirkətlərinin kartlarında mövcuddur:

Mastercard PayPass

Visa PayWave

Siz istədiyiniz Visa və Mastercard debet kartlarını (Electron, Classic, Standard, Gold, Platinium və s.) sifariş verə bilərsiniz və plastic kartı sifariş verərkən tələb olunan tək şey onun təmassız kart funksiyasını həyata keçirmək funksiyasın da olmasını istəməkdir.

Qeyd edək ki, bu funksiyanı həyata keçirən plastic kartların digər sadə kartlardan heç bir qiymət fərqi yoxdur.

Bəs Azərbaycanda bu funksiyanı həyata keçirən Mastercard PayPass Visa PayWave plastik kartlarını təklif edən banklar varmı? Bu haqda araşdırma etdik:

Azərbaycanda siyahıda qeyd olunan banklardan siz qeyd olunan plastic kartları əldə edə bilərsiniz:

Bank

Kartlar

Atabank

Visa Electron PayWave

Visa Classic PayWave

Visa Platinium PayWave

Bank Respublika

Visa PayWave  (bütün növ)

Mastercard PayPass   (bütün növ)

Beynəlxalq Bank

Master Standard PayPass 

Visa Classic PayWave

Expressbank

Visa PayWave (bütün növ)

Mastercard  (bütün növ)

Nikoil Bank

Visa PayWave  (bütün növ)

Mastercard PayPass   (bütün növ)

Rabitəbank

Mastercard Standard PayPass 

Unibank

Albali Plus contactless

Xalq Bank

Visa Gold PayWave

Mastercard Gold PayPass 

Ən sərfəli kredit üçün müraciət et

Yalnız yuxarıda gördüyünüz siyahıda olan banklarda qeyd olunan plastik kart növləri üzrə təmassız kartlar əldə edə bilərsiniz. Gün ərzində icazə verilən təmassız xərc limiti isə demək olar ki, bütün banklarda 20 AZN həddində qəbul olunmuşdur. Yalnız Beynəlxalq Bankın plastik kartlarında limit 20 $, Bank Respublika-nın plastik kartlarında isə 15 AZN-dir.

Qey edək ki, bu plastik kartlar vasitəsi ilə təmassız ödəniş etmək üçün getdiyiniz ticarət mərkəzlərində, mağazalar­da, iaşə obyektlərində olan pos teminallar bu funksiyanı dəstəkləməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et