Yaponiyanın ixracı azalmaqda davam edir | Banco.az

Yaponiyanın ixracı azalmaqda davam edir

Yaponiyanın ixracı qlobal iqtisadi yavaşlama ilə əlaqədar olaraq Fevral ayında da azalaraq ardıcıl üç ay geriləyib.

Maliyyə Nazirliyinin məlumatlarına görə, ixrac Fevral ayında dəyər ifadəsində 1.2 faiz düşüb. İxracın 0.6 faiz geriləməsi gözlənilirdi.

Yanvar ayında ixrac 8.6 faiz azalmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

Zəifləyən qlobal tələbat, Yaponiyanın ixraca əsaslanan iqtisadiyyatı üzərində təzyiq yaradır. Bir sıra iqtisadi göstərici, tələbdəki ləngimənin istehsal və investisiyalara mənfi təsir göstərdiyinə işarə edir.

İqtisadiyyatda zəifləməyə dair işarələr, bu il satış vergisini artırmağı planlaşdıran Baş nazir Shinzo Abenin vəziyyətini çətinləşdirir. Aralarında keçmiş iqtisadiyyat nazirinin da olduğu bəzi iqtisadçılar, bu planın  təxirə salınması çağırıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et