Yanvarda Azərbaycanda bankların xarici öhdəlikləri artıb | Banco.az

Yanvarda Azərbaycanda bankların xarici öhdəlikləri artıb

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2019-cu il yanvarın 31-nə 1 mlrd. 913,1 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 4,6% çoxdur. Bu barədə  Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Yanvarın sonuna Azərbaycan banklarının ümumi xarici aktivləri 6 mlrd. 755,5 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 14,4% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 20,8% azalmışdı.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kreditlərdən, qeyri-rezidentlərdən cəlb edilən depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et