Xəzinə və Maliyyə Naziri Berat Albayrakdan AÇIQLAMA | Banco.az

Xəzinə və Maliyyə Naziri Berat Albayrakdan AÇIQLAMA

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak bir sıra açıqlamalar edib.

 “Mərkəzi Bank inflyasiya ilə mübarizə aparmaq üçün pul siyasəti ilə bağlı lazımi addımı atdı” , deyən Albayrak, “İndi isə növbə maliyyə sahəsindəki ən mühüm məsələ olan inflyasiya ilə mübarizə, dayanıqlı və sağlam inkişaf, cari defisitin azaldılması mövzularında 3 illik iş planımız olan Orta Müddətli Proqram – ın (OMP) açıqlanmasındadır. Bu proqramı 20 sentyabr tarixində açıqlayacağıq” deyə əlavə edib.

Türkiyə Mərkəzi Bankının son qərarından sonra “müstəqillik” ilə bağlı mübahisələrin bitdiyini və bundan sonra mövzu ilə bağlı mübahisələrin heç bir əsasının və qarşılığının olmayacağını dilə gətirən nazir, oktyabr ayından etibarən inflyasiyada tənzimləmə və aşağı dərəcəli tendensiyanın müşahidə olunacağını qeyd edib.

Nazirin açıqlamasından əsas başlıqlar:

3 illik plan hazırdır:

Orta Müddətli Proqram sentyabr ayının 20 – i açıqlanacaq.

Real makro hədəflər:

Ən sərfəli kredit üçün müraciət et

OMP – də hər kəs real, cari problemləri əhatə edən və düzgün fəaliyyət planlarını özündə əks etdirən bir proqram görəcək.

Fəaliyyəti izlənilə biləcək:

Fəaliyyəti izlənilə bilən, şəffaf və hesabat verilə bilən bir OMP olacaq.

Gündəm inflyasiyadır:

Türkiyənin əsas gündəmi iqtisadiyyat, iqtisadiyyatın əsas gündəm maddəsi isə inflyasiya və faiz dərəcələri ilə mübarizədir.

Bütün nazirliklər mübarizə aparacaq:

Bundan sonrakı mərhələdə bütün nazirliklər ilə birlikdə inflyasiyaya qarşı mübarizə, qənaət və məhsuldarlıq əsaslı çalışmaların mənimsənilməsi təməl hədəf olacaqdır.

Özəl sektorların da dəstəyini alacağıq:

Özəl sektor, banklar və QHT – lərin də bu barədə faydalı olmasına çalışacağıq.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et