Xam dərinin tədarükü (alışı) nağdsız qaydada həyata keçiriləcək | Banco.az

Xam dərinin tədarükü (alışı) nağdsız qaydada həyata keçiriləcək

Nağdsız qaydada həyata keçirilən hesablaşmalar artır.

Bununla əlaqədar "Nağdsız hesablaşmalar haqqında" qanuna yeni – 3.5.5-ci maddə təklif edilir.

Layihəyə əsasən, xam dərinin tədarükü (alışı) nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına daxil edilir.

İndiyə qədər kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına daxil idi.

Qanun layihəsi Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et