"McDonalds"ın mənfəəti proqnozları doğrultmayıb | Banco.az

"McDonalds"ın mənfəəti proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"McDonalds" şirkətinin mənfəəti proqnozlara uyğun gəlməyib.

Banco.az xəbər verir ki, ABŞ-ın fast-fud restoranlar şəbəkəsi "McDonald's" 2024-cü ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, "McDonald's"ın gəliri ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 6,17 milyard dollara çatıb. Şirkət 2023-cü ilin eyni rübündə təxminən 5,9 milyard dollar gəlir əldə etmişdi.

Restoranlar şəbəkəsinin mağaza satışları da 1,9 faiz artımla bazarın 2,1 faizlik artım proqnozlarına uyğun gəlməyib.

"McDonald's"ın strateji tərəfdaşlara françayzinq hüquqlarını lisenziyalaşdırdığı "Beynəlxalq Təkmilləşdirilmiş Lisenziyalı (IDL) Bazarlar" qrupunda satışlar Yaxın Şərqdə müharibənin davam edən təsiri səbəbindən zəif performans göstərib.

Belə ki, şirkətin bu qrupdakı satışları 0,2 faiz azalıb ki, Kovid-19 pandemiyasından sonra ilk dəfə hər hansı bir bazar qrupunda "McDonald's" satışlarında azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

"McDonald's"ın xalis mənfəəti isə birinci rübdə 7 faiz artaraq 1,9 milyard dollara çatıb.

Şirkətin ötən ilin birinci rübündə 2,45 dollar olan səhm üzrə mənfəəti 2024-cü ilin birinci rübündə 2,66 dollara yüksəlsə də, bu göstərici də proqnozlara uyğun gəlməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et