"Xalq Bank"ın kredit və depozit portfeli artıb | Banco.az

"Xalq Bank"ın kredit və depozit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin ilk rübünün yekunlarına görə, ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" yanvar-mart aylarında 16 mln. 531 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 5,3 milyon manat və ya 47,4% çoxdur. Ötən ilin eyni dövründə bankın mənfəəti 11,2 milyon manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın aktivləri 2023-ci ilin analoji dövrünün sonu ilə müqayisədə 12,5% artaraq 3 037,551 mln. manata, kredit portfelinin həcmi 2,3% artaraq 1 milyard 853 milyon manata yüksəlib. 

Qeyd edək ki, bankın depozit portfelinin həcmi isə 2 milyard 226 milyon manat təşkil edib ki, bu da 2023-ci ilin I rüb göstəriciləri ilə müqayisədə 17,1% və ya 325.3 mln. manat çoxdur. 2023-cü ilin yanvar-mart aylarında bankın depozit portfelinin həcmi 1 901,5 mln. manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et