Valyuta hərracında bankların tələbi yenidən 100 mln. dollardan çox olub | Banco.az

Valyuta hərracında bankların tələbi yenidən 100 mln. dollardan çox olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 103,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (8 fevral) müqayisədə 47,2 milyon dollar və ya 45,4% azdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, son 2 hərracda bankların dollar tələbi 100 milyon dollardan çox olub. Fevralın əvvəlindən bəri keçirilən 5 hərracda bankların dollar tələbi 474,8 milyon ABŞ dollar təşkil edib. 

Tarix (2024-cü il üzrə)

Tələb

15 fevral

103,9 milyon dollar

13 fevral

151,1 milyon dollar

8 fevral

61,4 milyon dollar

6 fevral

79,7 milyon dollar

1 fevral

78,7 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et