G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yardım paketi ayırmağı planlaşdırır | Banco.az

G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yardım paketi ayırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

G7 ölkələri Rusiya aktivlərindən istifadə edərək Kiyevə 50 milyard dollara qədər vəsaitin ayrılmasını müzakirə edir.

Banco.az xəbər verir ki, Birləşmiş Ştatlar Kiyev hakimiyyətinə 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır.

Məlumata görə, ABŞ iyunda İtaliyada keçiriləcək G7 sammitində yardımın göstərilməsinə dair sazişin imzalanmasını təmin etməyə çalışır. Agentlik bildirib  ki, bu mövzuda danışıqlar çətindir və sazişin bağlanması bir neçə ay çəkə bilər.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-nin payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et