Valideynlər artıq uşaqlarını təqib edə biləcəklər | Banco.az

Valideynlər artıq uşaqlarını təqib edə biləcəklər

Türkiyənin mobil operatoru Vodafone Türkiyə artıq uzun müddət valideynlərin arzusu olan övladların gün ərzində izlənməsinə nail olmuşdur. Belə ki, uşaqların günün istənilən vaxtında və saatlarında onların harada və hansı məkanda olmaları haqqında məlumatları Alcatel şirkətinin istehsalı olan “ağııllı saatlar” vasitəsilə əldə etmək mümkün olmuşdur. Başqa sözlə Türkiyədə bundan sonra valideynlər bu sistem vasitəsilə uşaqlarını gün ərzində tam monitorinq edə biləcək, onların hansı məkanda olmaları haqqında sistem onlara məlumat verəcəkdir. Artıq uşaqlar valideynini aldada bilməyəcəkdir.

Sistemin üstünlüyündən biri ondan ibarətdir ki, uşaq hətta extremal vəziyyətə, fəlakətlə üzləşdiyi zaman avtomatik valideyninə SOS(sos düymısi var) məlumatı göndərəcəkdir. Burada GPS peyk naviqasiya sistemindən yararlanaraq valideynlər istənilən vaxt övladları ilə ünsiyyət quracaqlar. Operator sistemin adını “Ağıllı uşaq saatı” qoymuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Buradan bir daha görünür ki, Vodafone Turkiye operatoru artıq rəqəmsallaşdırmaya nə qədər önəm verir. Rəqəmli transformasiya dövrünü yaşayır. Belə ki, operator ötən həftələrdə Türkiyə abonentlərinə “əşyalar interneti”nin faydasından yararlanmaq üçün NB-İoT texnologiyasından istifadə etməyə başlamışdır.

Mənbə: digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et