Ukrayna əhalisi son iki ildə 3 milyon nəfər azalıb | Banco.az

Ukrayna əhalisi son iki ildə 3 milyon nəfər azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Ukrayna əhalisinin sayı 162,9 min nəfər azalıb.

Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına görə, avqustun 1-i vəziyyətinə ölkə əhalisinin sayı 41 milyon 990,3 min nəfər göstərilir. Bu, son iki ildə Ukrayna əhalisinin 3 milyon nəfər azalması deməkdir. 2017-ci ilin statistikasında Ukrayna əhalisi 44,83 milyon nəfər olub. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 51 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min əhali olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Təkcə 2018-ci ildə Ukrayna əhalisi 233 min nəfər azalıb.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç