Uber “Uçan taksi” üçün ilk 3 şəhəri müəyyənləşdirib | Banco.az

Uber “Uçan taksi” üçün ilk 3 şəhəri müəyyənləşdirib

Uber şirkətinin hədəflərini böyüdərək bir müddətdir ki, uçan taksilərlə bağlı çalışmalar həyata keçirdiyi məlumdur.

Avstraliya, Yeni Zellandiya və Şimali Asiya Uber Bölgə müdiri Susan Anderson Avstraliyanın Melburn, Amerikanın Dallas və Los-Anceles şəhərlərinin “Uçan taksi” (Uber Air) layihəsində pilot ərazilər olaraq seçildiyini və Melburndakı sınaq uçuşların 2020, ticari uçuşların isə 2023 – cü ildə reallaşacağını açıqlayıb.

Avstraliya bazarına daxil olduqları 2012 – ci ildən bəri 3.8 milyondan çox sərnişinin ölkədə Uber şirkətinin varlığını mənimsədiyini ifadə edən Anderson yeni layihənin Melburn şəhərinin ardınca yaxın zamanlarda ölkənin digər şəhərlərində də başladılacağını bildirib.

Federal və əyalət hökumətlərindən böyük dəstək aldıqlarını vurğulayan Anderson “Avstraliya hökuməti nəqliyyat və gələcəyin daşımaçılıq texnologiyasına uzaqgörən yanaşma göstərmişdir. Bu, bənzərsiz demoqrafik və coğrafi faktorların yenilik və texnologiya ənənəsi ilə birləşdiyi zaman Melburn şəhərini Uber Air layihəsi üçün mükəmməl üçüncü pilot şəhərə çevirir” deyə söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Şaquli qalxma və enmə texnologiyasından istifadə edilən kiçik və elektrikli təyyyarələrlə başladılması planlaşdırılan layihənin ilk mərhələsində hava limanları, avto dayanacaqların damları və mövcud enmə meydançalarının istifadəsi düşünülür.

Həmçinin oxu: Dünyanın ən varlı şəxsi ayda yeni mədəniyyət qurur

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et