Türkiyəyə səfər edən xarici turist sayı pandemiyadan əvvəlki səviyyəni keçib | Banco.az

Türkiyəyə səfər edən xarici turist sayı pandemiyadan əvvəlki səviyyəni keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyəyə səfər edən xarici turistlərin sayı ötən ay pandemiyadan əvvəli səviyyəni üstələyib.

Banco.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar ayında Türkiyəyə səfər edən əcnəbilərin sayı əvvəlki ilin eyni ayına görə 56,51 faiz artım göstərərək 2 milyon 5 min nəfərə çatıb.

Beləliklə, yanvar ayında xarici turistlərin sayı pandemiyadan əvvəlki göstəricini ötüb. Pandemiyadan əvvəl, 2020-ci ilin yanvar ayında turistlərin sayı 1 milyon 787 min 435 idi.

2023-cü ilin yanvar ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Rusiya Federasiyası 13,95 faizlə birinci olub. Rusiyanı 8,33 faizlə Bolqarıstan, 6,98 faizlə isə Almaniya izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et