Türkiyənin xarici ticarət kəsiri 44,2 faiz azalıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 44,2 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarət kəsiri ötən ay 44,2 faiz azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ümumi ticarət sisteminə görə, fevral ayında ixrac 13,6 faiz artıb, idxal isə 9,2 faiz azalıb.

Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ümumi ticarət sistemi çərçivəsində çıxarılan müvəqqəti xarici ticarət məlumatlarına görə, ixrac 2024-cü ilin fevral ayında əvvəlki ilin eyni ayına görə 13,6 faiz artaraq 21 milyard 82 milyon dollara çatıb.

İdxal isə 9,2 faiz azalaraq 27 milyard 853 milyon dollara qədər geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə Türkiyənin ixracatında Almaniya birinci sırada yer alıb. İdxal da isə bu yer Rusiya Federasiyasına məxsusdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et