Türkiyənin tanınmış Master kouçu Azərbaycana gəlir | Banco.az

Türkiyənin tanınmış Master kouçu Azərbaycana gəlir

12 iyun tarixində üst səviyyə idarəçilər və liderlərə profesional kouçluq xidmətləri göstərən, həmçinin liderlik proqramları təqdim etməklə kouçluq peşəsinin Türkiyə və dünyada inkişafı üçün çalışan Dr. Zerrin Başer Bakıda Agile (Çevik) kommunikasiyalar mövzusunda Fairmont Baku Hotelində Master Klass keçirəcəkdir.

Master Klassda növbəti mövzular araşdırılacaq: Agile anlayışı nədir? nə üçün önəmlidir? kommunikasiyanın özü nədən ibarətdir? ünsiyyət qəzaları olaraq hansı vəziyyətlər yaşayırıq? nə üçün belə halları yaşayırıq? insanların kommunikasiya modellərində fərqliliklər nədir və onları necə üstünlüyə çevirmək olar? Liderin ən vacib bacarığı hər kəslə onun dilində danışma bacarığıdır. Hər kəsin dilində danışmanın əsas prinsipi isə dərin dinləyə bilmə bacarığıdır ki, bu mövzuda Agile (çevik) ünsiyyət modellərini Master Klassda nəzərdən keçirəcəkdir. Sonucda hər kəsin hədəfi effektiv kommunikasiya aparmaqdır. Bunula bağlı həm fərdi həm də komanda daxilində effektiv ünsiyyət modellərini öyrədiləcəkdir. Bu prosesdə təqdir və təşəkkürün əhəmiyyəti və doğru nümunələrini nəzərdən keçirəcəyik. Bütün bunlar və digər əlavə mövzular 12 iyun tarixində nəzərdən keçirəcək mövzular olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Dr. Zerrin Başer 5000 saatdan artıq koçluq, 12 000 saatdan artıq təlim təcrübəsinə malikdir. Beynəlxalq Kouçlar Federasiyası (ICF) tərəfindən sertifikatlaşmış Master Sertifikatlaşmış Kouçdur (MCC).

MasterKlass barəsində daha geniş məlumat əldə edib, qeydiyyatdan keçmək üçün www.magmaevents.info səhifəsinə və ya 050 787 2087 nömrəsinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et