Türkiyənin İsveçrədən qızıl idxalı kəskin artıb | Banco.az

Türkiyənin İsveçrədən qızıl idxalı kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin İsveçrədən qızıl idxalı 11 ayın pik həddinə çatıb.

Banco.az xəbər verir ki, yüksək inflyasiya qiymətli metala tələbi artırdığı üçün Türkiyənin İsveçrədən qızıl idxalı yanvar ayında 2012-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

İsveçrə Gömrük İdarəsinin məlumatına görə, yanvarda Türkiyəyə 58 tondan çox qızıl göndərilib.

Bu, 2012-ci ilin yanvarına qədər olan məlumatlarda ən yüksək məbləğdir. Bu məbləğ həmçinin İsveçrənin qızıl ixracının 42 faizini təşkil edir.

Xatırladaq ki, qızıl idxalı son aylarda Türkiyənin cari hesab kəsirində mühüm rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et