Türkiyə - Rusiya gərginliyi iqtisadi fəsadlarla nəticələnəcək | Banco.az

Türkiyə - Rusiya gərginliyi iqtisadi fəsadlarla nəticələnəcək

Baş verənlərə görə hər iki tərəf çox şey itirə bilər.

Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasının, Türkiyə - Rusiya əlaqələrində fəsadlara yol açacağını hələ 2 gün əvvəl Putin açıq şəkildə bildirib. Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  ölkələr arasında energetika, telekommunikasiya, maliyyə, turizm və digər sektorları ehtiva edən iqtisadi münasibətlər zərbə altına düşə bilər. Rusiya miqyas baxımından Türkiyənin əsas ikinci tərəfdaşıdır. Rusiyada isə tərəfdaşlıq nüfuzu baxımından Türkiyə beşinci yerdə gəlir. Təkcə ötən il ölkələr arasında əmtəə dövriyyəsi 31 milyard dollar təşkil edib ki, bunun 25 milyar dollara yaxını - Rusiya ixracatının payına düşür. 

Rusiya Türkiyəyə başlıca olaraq təbii qaz, neft və digər təbii resurslar, həmçinin buğda satır. Türkiyə isə Rusiyaya əsasən tekstil, avadanlıq və ərzaq növləri ixrac edir. Təyyarə ilə bağlı insidentdən sonra, Rusiya sərhədində Türkiyə məhsullarını daşıyan yük maşınlarının buraxılması ilə bağlı problemlər ortaya çıxıb. İndi hər kəs bu münasibətlərdəki gərginliyin uzunmüddətli perspektivdə necə görünəcəyini öncədən deməyə çalışır. 

Belə ki, hər iki tərəf bu gərginlikdən çox şey itirə bilər. Turizm bu ölkələrin iqtisadi əlaqələrində mühüm yer tutur. Vizasız rejim sayəsində Türkiyə Rusiyalı vətəndaşlar arasında ən populyar turizm istiqamətinə çevrilib. Təkcə ötən il Türkiyəyə 4.5 milyona yaxın rusiya vətəndaşı səfər edib. Ötən il Türkiyənin turizm sektoru 36 milyarda yaxın gəlir götürüb. Rusiyalı turistlərin ümumi turistlərin 10 faizdən çoxunu təşkil etdiyini nəzərə alsaq, baş verənlər Ankara üçün böyük itki anlamına gəlir. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et