Türkiyə Azərbaycandan idxalını 62%-dən çox artırıb | Banco.az

Türkiyə Azərbaycandan idxalını 62%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyə bu ilin yanvar-may aylarında Azərbaycandan 2 milyard 605 milyon dollar dəyərində mal idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard dollar və ya 62,7% çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyədən idxalı isə 964 milyon 363 min dollara bərabər olub. 

Əlavə edək ki, yanvar-may aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 45,5% artaraq 3 milyard 570 milyona çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et