Türk Hava Yolları rekord sərnişin daşınması həyata keçirib | Banco.az

Türk Hava Yolları rekord sərnişin daşınması həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) ötən il 83,4 milyon sərnişinlə bu vaxta qədərki ən yüksək sərnişin sayına çatıb.

Banco.az xəbər verir ki, bu barədə THY-nin maliyyə nəticələri ilə bağlı keçirilən iclasda məlumat verilib.

Belə ki, şirkətin daxili sərnişin tutumu 2022-ci ilə nisbətən ötən il 23,5 faiz artarkən, sərnişin sayı 19 faiz artaraq 30 milyonu keçib.

Beynəlxalq xətlərdə isə tutum artımı 16 faizə yaxınlaşarkən, sərnişin sayı 14 faiz artaraq 53 milyona çatıb.

Qeyd edilənə görə, xüsusilə Türkiyə vətəndaşlarının sıx yaşadığı Avropa ölkələrində xaricə gedən sərnişin sayındakı artım 20 faizi keçib.

Ən sərfəli kredit üçün müraciət et

THY həmçinin 2023-cü ildə dünyanın 4-cü ən böyük hava yük daşıyıcısı olub. Şirkətin ümumi aktivləri 1 trilyon lirəni keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et