Trampdan Xi-yə "Honq Konq çağırışı" | Banco.az

Trampdan Xi-yə "Honq Konq çağırışı"

ABŞ Prezidenti Donald Tramp, Honq Konqda davam edən hadisələrlə əlaqədar olaraq Çin Dövlət başçısı Xi Jinping-ə çağırış edib.

Tramp “Twitter” hesabından, "Çin əlbəttə bir müqavilə bağlamaq istəyir, ancaq əvvəl Honq Konq ilə insani bir şəkildə maraqlansınlar!" şərhini edib.

Çin Dövlət başçısı Xi-ni çox yaxşı tanıdığını qeyd edən Tramp, "Özü, xalqı tərəfindən çox hörmət edilən böyük bir liderdir. Heç şübhəm yoxdur ki, əgər Dövlət başçısı Xi, Honq Konq problemini sürətli və insani bir şəkildə həll etmək istəsə, bunu edə bilər. Bu mövzuda bir görüş keçirək?" ifadələrini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Honq Konq etirazlarla gündəmdədir

Çinin Honq Konq Xüsusi Administrativ Bölgəsində nümayişçilər, Honq Konqda barəsində hökm çıxarılmış və ya günahlandırılan şəxslərin Çinə, Makao Xüsusi Administrativ Bölgəsinə və Tayvana qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz edirlər. 

Qanunun müzakirəsi etirazlar səbəbilə 15 İyunda təxirə salınıb. Amma nümayişçilər qanun layihəsinin rəsmi olaraq ləğv edilməsini tələb edirlər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç