Tim Kuk Mayk Dellin Apple-ı bağlamaqla bağlı məsləhətindən danışdı | Banco.az

Tim Kuk Mayk Dellin Apple-ı bağlamaqla bağlı məsləhətindən danışdı

Apple şirkətinin baş direktoru Tim Kuk, Apple-ın ölümə yaxın olduğu günləri hələ də yaxşı xatırlayır, 1990-cı illərdə o vaxtlar Dell kompüter şirkətinin baş direktoru olan Maykl Dell söyləmişdi ki, Stivin yerində olsaydı o, bu şirkəti bağlardı.

Kuk bu əhvalatı Oksfordda verdiyi ictimai intervünün gedışində xatırlayıb. O, toplanan insanlara 20 il öncə Apple necə işə düzəlməsi ilə bağlı danışıb.

 « Bir dəfə Stiv (Jobs) Apple-a qayıtdı, o demək olar ki, kompaniyada işləyən hər kəsi işdən qovmuşdu. Bundan sonra o yeni ştatı sıfırdan yığmağa başlamışdı. Bundan əvvəl Stivlə heç rastlaşmamışdım».

Həmin dövrdə Compaq kompüterlərinin istehsalçısında yüksələn ulduz olan Tim Kuk üçün bu çox çətin bir qərar idi.

«Hər şeydən çox hörmət etdiyim insanlar, mənə və Apple-dakı situasiyaya yaxşı bələd olan hər kəs, demək olar ki eyni sözü deyirdi: “Sən bunu etməli deyilsən. Sən nəhəng perspektivlər vəd edən dünyanın №1 kompüter istehsalçısından, biznesi tərk etmək üzərə olan bu şirkətə gedirsən” », -Tim söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

«Faktiki olaraq, Maykl Dell bəyan etmişdi ki, əgər o, Apple-ın baş direktoru olsa idi, o kompaniyanı bağlar, qalan pulları is səhmdarlara qaytarardı. Bəlli idi ki, bu kitabdakı son fəsil artıq yazılıb və görüləsi az iş qalıb”.- Dell söyləmişdi.

Amma daxildəki hansısa hiss Kuka işarə edirdi ki, o Stivin təklifinə “hə” deməlidir, baxmayaraq ki, məntiqlə götürəndə bu çox ziddiyyətli bir qərar idi.

 «Mənim yerində olan istənilən bir mühəndisin etdiyi kimi etdim. Mənfi və müsbətlərin siyahısını tutdum, kompaniyanın maliyyə vəziyyəti haqqında yekun rəyi oxudum. Hər şey onu göstərirdi ki, mən keçmiş iş yerimdə qalmalıyam, amma mənim intuisiyam deyirdi ki, sadəcə sağlam mühakiməyə güvənmək olmaz -  Kuk söyləyir – Bu mənim həyatımda ən vacib qərarlardan biri idi. Bəlkə də ən vacibi idi».

Bu, Apple-ın baş direktorlarının bir zamanlar Dellə ünvanlanmış məşhur qəmgin suala istinad etdiyi ilk hal deyil.  Hələ 1997-ci ildə Stiv təqdimat zamanı, iş adamının slayddakı şəklinə diqqətlə baxaraq, Dellə belə bir cavab vermişdi: “Sən yanılırdın, dostum!”.

Ən sərfəli krediti almaq üçün müraciət et