"Tesla" şirkəti Türkiyədə satışa başlayır | Banco.az

"Tesla" şirkəti Türkiyədə satışa başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” təşkil etdiyi açılış mərasimi zamanı Türkiyədə satışa başlayacağını elan edib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın uzun müddətdir maraqla gözlənilən Türkiyə təqdimatı aprelin 3-də keçirilən tədbirlə reallaşıb. Şirkətin Türkiyə CEO-su Kemal Geçər Türkiyədə satılacaq modelləri və təfərrüatları açıqlayıb.

Geçer “Tesla”nın ilk olaraq “Model Y” avtomobilini Türkiyə bazarına çıxaracağını və avtomobilin bugündən etibarən ilkin sifarişlərinin qəbul ediləcəyini bildirib.

“Model Y”nin Türkiyə bazarına “Tesla”nın Berlindəki “Gigafactory” müəssisəsindən göndəriləcəyi qeyd olunub.

“Model Y”nin Türkiyə bazarında üç fərqli versiyada satışa çıxarılacağı vurğulanıb. Arxa təkər ilə 455 km məsafə qət edən “Standard Range” versiyasının qiyməti 1 milyon 548 min 732 TL olaraq açıqlanıb. İki mühərrikli və dörd təkərli ötürücülü olan “Model Long Range”in qiyməti 1 milyon 619 min 532 TL olaraq müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobilin ən təkmilləşdirilmiş versiyası olan “Model Y Performans” isə 1 milyon 778 min 821 TL-yə satılacaq. İkimühərrikli tam ötürücü sistemi olan “Model Y Performance” versiyasının diapazonu 514 km təşkil edir.

Xatırladaq ki, “Tesla Model Y” aprelin 4-dən etibarən şirkətin rəsmi saytında əvvəlcədən sifariş üçün təqdim olunacaq. İlkin sifariş qiyməti 10 min TL olacaq və avtomobillərin təhvil verilməsi may ayından etibarən baş tutacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et