"Tesla" Avropada satılan elektromobillərinin də qiymətini aşağı salıb | Banco.az

"Tesla" Avropada satılan elektromobillərinin də qiymətini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Avropada 9,8% qiymət endirimi edib.

Banco.az xəbər verir ki, Amerikanın elektrik avtomobili istehsalçısı “Tesla” bərpa olunan enerjiyə keçidi sürətləndirmək və satışları artırmaq məqsədi ilə Avropa və İsrail bazarlarında qiymətləri orta hesabla 9,8 faiz aşağı salıb.

“Tesla” ötən ilin payızından bəri Çin, Avropa və Şimali Amerikada satılan elektrik avtomobillərinin qiymətlərini bir neçə dəfə, 20 faizədək azaltmışdı.

Şirkətin bəyanatında qiymətlərin azaldılmasının bərpa olunan enerjiyə keçidi sürətləndirmək missiyasının bir hissəsi olduğu bildirilib.

Qeyd edək ki, “Tesla” 2023-cü ilin cari dövrünə qədər 1,8 milyon avtomobil istehsal edərkən, qiymət endirimləri də davam edib. Şirkətin CEO-su İlon Mask bu il 2 milyon avtomobil istehsal etmək potensialına sahib olduqlarını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et