Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir | Banco.az

Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə  iştirak edir.

Bu barədə Banco.az Mərkəzi Bank-a istinadən xəbər verir.

Tədbirlə bağlı Mərkəzi Bankın rəhbərinin X sosial şəbəkəsindən paylaşımını təqdim edirik:

AMB Sədri Taleh Kazımov: Bu gün Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə iştirak etdik. Seçki Qrupunun üzvləri ilə təmsil etdiyimiz ölkələrdə iqtisadi mühitdə baş verən dəyişiklər və həyata keçirilən makroiqtisadi siyasətlər barədə danışdıq. Həmçinin maliyyə sabitliyinin təmin olunması və dayanıqlı iqtisadiyyatın dəstəklənməsi istiqamətində maliyyə sektorunun inkişafına dair fikir mübadiləsi apardıq. Görüşdə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinin dünya iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından əhəmiyyətini xüsusi vurğuladıq.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et