SOCAR bu il 5,6 mln. ton neft hasil edib | Banco.az

SOCAR bu il 5,6 mln. ton neft hasil edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 579,3 min ton xam neft hasil edib.

Ən sərfəli kredit üçün müraciət et

“Report” şirkətə istinadən xəbər verir ki, bunun 615,8 min tonu sentyabrın payına düşüb.

Hesabat dövründə ümumilikdə Azərbaycan üzrə 28 820,8 min ton neft hasil olunub ki, onun da 3 219,6 min tonunu sentyabr ayının hasilatı təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et