Sığortanın ölkəmizdə 3 inkişaf dövrü | Banco.az

Sığortanın ölkəmizdə 3 inkişaf dövrü

Birinci dövr - 1920-ci ilə qədər olan dövrdür. Hansı ki, XIX əsrin ortalarından başlayaraq neft sənayesinin inkişafı ilə bağlı sahibkarlıq fəaliyyətinin genişlənməsi sığorta işinin əsas stimulverici qüvvəsi olub. 1910-cu ildə Bakıda 18 sığorta cəmiyyəti, 1912-ci ildə 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərib. Sözügedən sığorta şirkətlərinin işinin əsasını Xəzər dənizində üzən gəmilərin sığortası təşkil edib və bu sahədə rus şirkətlərinə böyük yer verilib.

 

İkinci dövr - Sovet Hakimiyyətinə aid 1920-1990-cı illərdir. Keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da dövlət sığorta sistemi təşkil edilib. Sığorta işinin inki- şafında müəyyən rol oynayan Azərbaycan SSR Dövlət Sığortası Baş İdarəsi və SSRİ «Inqosstrax»ın Bakı şöbəsi yaradılıb. Sovet hakimiyyəti qurulduqdan sonra – 1922-ci ildən başlayaraq bütün SSRİ-də sığorta dövlət inhisarına alınıb. Bu dövrdə əhaliyə göstə- rilən sığorta xidmətləri məhdud xarakter daşıdı. Daha doğrusu, sığorta sistemi dövlət sosial təminat sisteminə əlavə kimi fəaliyyət göstərdi. Müasir günə kimi dövlət sığortasının inkişafında müvəffəqiyyətlərlərlə yanaşı, çox böyük əyintilər baş verib. Məsələn, 30- cu illərdə ölkədə mövcud olan kooperativ və səhmdar fondlar inzibati yolla ləğv edilərək, yerində ancaq dövlət sığortası yaradıldı. Bu isə sığorta sistemində rəqabətin olmamasına və obyektiv inkişafın ləngiməsinə səbəb oldu. 1988-ci ilin 26 mayında «SSRİ-də Kooperasiya haqqında» qanun qəbul edildikdən sonra kooperativlərə və onların ittifaqlarına kooperativ sığorta təşkilatları yaratmağa, sığortanın qaydasını, növlərini müəyyən etməyə icazə verildi. Bununla da ölkədə kommersiya sığorta təşkilatları və səhmdar cəmiyyətləri yaradılmağa başlandı.

Ən sərfəli kredit üçün müraciət et

 

Üçüncü dövr – 1990-cı ildən sonrakı dövrdür. Bu dövrdən sonra sığorta sistemi müstəqil inkişaf etməyə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradılıb. Bu təşkilatın vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi, sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ hüquqi sənədlərin hazırlanması və s. olub. 1991-ci ildən başlayaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar 20-yə yaxın qanun və normativhüquqi akt qəbul edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et