Sığortaçıların may ayı üçün reytinq cədvəli açıqlanıb | Banco.az

Sığortaçıların may ayı üçün reytinq cədvəli açıqlanıb

Insure.az onlayn sığorta portalı sığorta şirkətlərinin xidmət səviyyəsi, müştərilərə qarşı yanaşması, sığorta hadisələri, onların həlli, sığorta ödənişlərinin həyata keçirilməsi və digər faktorlar üzrə formalaşmış reytinqinin may ayına olan nəticələrini açıqlanıb.

22 sığorta və təkrarsığorta şirkəti arasından adının mövcud olduğu siyahıda kəskin dəyişiklik qeydə alınmayıb. Belə ki, “A-Group Sığorta” siyahıda öz liderlik mövqeyini qoruyarkən, “AzərSığorta” burada sonuncu mövqedə qərarlaşıb.

“A-Group Sığorta” ilə yanaşı reytinq cədvəlində ilk altı yerdə mövqe tutan digər şirkətlər “Atəşgah Sığorta”, “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “Xalq Sığorta” və “Paşa Sığorta” şirkətləridir.

Mənfi ballar toplayaraq reytinq cədvəlinin 18-22-ci yerlərdəki şirkətlərə daxildir: “AzSığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “AtaSığorta” və “AzərSığorta”dır.

Ən sərfəli kredit üçün müraciət et

Adları qeyd olunmayan digər şirkətlər barədə isə hər hansı bir qeyd aparılmamış və onlara müvafiq bal verilməmişdir.

Insure.az onlayn sığorta portalı bundan sonra da sığorta şirkətlərinin reytinq cədvəlini paylaşmağa davam edəcəkdir. Odur ki, Insure.az portalı müştəriləri portala (www.insure.az) daxil olub əməkdaşlıq etdikləri sığorta şirkətlərinin xidmətini aktiv olaraq dəyərləndirməyə dəvət edir.

Reytinq cədvəlini aşağıda təqdim edirik:

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç