Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir | Banco.az

Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

Məlum olduğu kimi artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə).

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsinin, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasının, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunmasının, müxtəlif sektorlar üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.

Sahibkarlar COVID-19 infeksiyasının profilaktikasına dair müxtəlif sektorlar üzrə təsdiq edilmiş metodiki göstərişlərlə bu keçidlərdən tanış ola bilərlər:

Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) üzrə  

https://koronavirusinfo.az/files/2/3_Qida_Mehsullari.pdf

İctimai iaşə müəssisələri üzrə

https://koronavirusinfo.az/files/2/5_ictimai_iase.pdf

Turizm və otelçilik sektoru üzrə

Ən sərfəli kredit üçün müraciət et

https://koronavirusinfo.az/files/2/4_Turizm_VE_Otelcilik_Sektoru.pdf

İctimai nəqliyyat üzrə

https://koronavirusinfo.az/files/2/2_Neqliyyat.pdf

Müxtəlif ticarət və xidmət sahələri, ofislər üzrə 

https://koronavirusinfo.az/files/2/6_Xidmet_sahesi_muessiseleri.pdf

Çimərlik və su istirahət mərkəzləri üzrə

https://koronavirusinfo.az/files/3/101_C%CC%A7im%C9%99rlikl%C9%99r.pdf

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et