Rus və ukraynalıların Türkiyədən aldıqları evlərin sayı iki dəfə artıb | Banco.az

Rus və ukraynalıların Türkiyədən aldıqları evlərin sayı iki dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya-Ukrayna müharibəsi iki ölkə vətəndaşlarının Türkiyədən aldıqları evlərin sayının artmasında təsir göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına əsasən, yanvar-noyabr aylarında ölkədə əcnəbilərə satılan yaşayış evlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 389 artaraq 61 min 741 olub.

Artımda aparıcı rolu Rusiya və Ukrayna vətəndaşlarının aldığı mənzillər oynayıb. Belə ki, eyni dövrdə iki ölkə vətəndaşlarının Türkiyədən aldığı mənzillərin sayı 10 min 608 ədəd artıb. 

Fevralda müharibə başlayanda ruslar Türkiyədən 509 ev alıblar. Müharibədən sonra satışlar sürətlə artıb və iyununda 1887 ilə zirvəyə çatıb. Sonrakı aylarda azalan satışlar ilin sonuna doğru yenidən artmağa başlayıb və ötən ay 2 min 575-ə çatıb.

Fevralda müharibə başlayanda ukraynalılar isə Türkiyədən 111 ev alıblar. Müharibədən sonra satışlar sürətlə artaraq iyunda bu ilin ən yüksək səviyyəsi olan 301-ə çatıb. Sonrakı aylarda dəyişkən qrafiklə davam edən satışlar noyabrda 277 olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

11 aylıq dövrdə ən çox mənzil alan əcnəbilərin siyahısı üzrə ilk üçlükdə Rusiya, İran və İraq vətəndaşları yer alıb. Digər tərəfdən, bu dövrdə İraq, İran və Əfqanıstan vətəndaşları tərəfindən satın alınan yaşayış evlərinin sayında isə azalma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et