Qubernator: "Azərbaycanla Sverdlovsk vilayəti arasında əməkdaşlığın böyük potensialı var" | Banco.az

Qubernator: "Azərbaycanla Sverdlovsk vilayəti arasında əməkdaşlığın böyük potensialı var"

"Azərbaycanla Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasındakı ticarət dövriyyəsi 85 faiz artıb".

Bunu Bakıda səfərdə olan Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev deyib.

O bildirib ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq əlaqələrimizdə başlıca istiqamətlərdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

“Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün böyük potensial var. İşgüzar əlaqələr və təhsil sahələrində birgə planlar tərtib etmək imkanı yaratdıqları üçün Azərbaycan tərəfinə çox minnətdaram. Bakıya səfərimiz zamanı elm, təhsil, mədəniyyət sahələrində də müştərək layihələrə dair bir çox sənədlər imzalayacağımıza əminəm”, – rusiyalı qonaq vurğulayıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç