"Qızılın qiyməti 2020-nin ilk rübündə 1500 dollara qalxa bilər" | Banco.az

"Qızılın qiyməti 2020-nin ilk rübündə 1500 dollara qalxa bilər"

"Commonwealth Bank of Australia" (CBA), qızılın unsiyasının qiymətinin 2020-ci ilin Mart ayında 1500 dollar ətrafına yüksələcəyini təxmin edir.

Bankın analitiki Vivek Dhar, Fed-in növbəti 12 aylıq dövrdə dörd dəfə faiz endirəcəyi gözləntisi ilə əlaqədar olaraq qızılın bahalaşacağını gözləndiklərini qeyd edib.

Dhar Bazar ertəsi günü Bloomberg TV-yə verdiyi açıqlamada, "Bunun nəticəsində real faizlər düşməli və gələn ilin Mart ayında qızılın unsiyası 1500 dollar ətrafına qalxmalıdır" - deyib. 

Ən sərfəli kredit üçün müraciət et

Dhar, bu proqnoza qarşı risklərin ABŞ iqtisadiyyatının gözlənildiyindən daha güclü qalması və Fed-in dörd dəfə faiz endiriminə getməməsi olduğunu qeyd edib.

Qızılın unsiyasının qiyməti, 25 İyunda 1439.21 dolları test edib.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et