Qiymətli kağızlar üzrə əməliyyatların həcmi cüzi artıb | Banco.az

Qiymətli kağızlar üzrə əməliyyatların həcmi cüzi artıb

Bakı Fond Birjasında 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 8 milyon manat təşkil edib. Bu barədə “Marja”ya Birjadan bildirilib.

Ötən ilin ilk 9 ayı ilə müqayisədə 2019-cu ilin ilk 9 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 1.45% artıb. Belə ki, 2018-ci ilin analoji dövründə əməliyyatların həcmi 10 milyard 851 milyon manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin sentyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 380 milyon  manat təşkil etmişdir. Ümumilikdə Birjanın kapitalizasiyası keçən aya nisbətən 0.19% artmışdır.     

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç