Qazaxıstan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artırıla bilər | Banco.az

Qazaxıstan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artırıla bilər

Nur-Sultanda Qazaxıstanın Baş naziri Askar Mamin ilə Gürcüstan Baş nazirinin müavini Mamuka Baxtadze arasında görüş keçirilib. Görüşdə tranzit-nəqliyyat sahəsində qarşılıqlı maraq doğuran məsələlərə xüsusi diqqət yetirilib.

Söhbət zamanı iqtisadi-ticari əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iqtisadiyyatın ayrı-ayrı sektorlarında əmtəə dövriyyəsinin həcminin artırılması, konkret investisiya layihələri barədə qərarlar qəbul etmək niyyətlərindədirlər. Qısa müddətdə qarşılıqlı ticarətin həcminin ikiqat artırılaraq 300 milyon dollara çatdırılması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il Qazaxıstan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 34,6 faiz artaraq 100 milyon dollar təşkil edib. Nəqliyyat, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Nəticədə 2015-2018-ci illərdə bu marşrut üzrə tranzit daşımaları 13 dəfədən çox artıb. Bu il daşımaların həcminin 120 min konteynerə çatdırılması planlaşdırılır.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et