Qabyuyanlıqdan milyarderliyə gedən yol: Pakistanlı emmiqrant Şahid Xan | Banco.az

Qabyuyanlıqdan milyarderliyə gedən yol: Pakistanlı emmiqrant Şahid Xan

İlk dəfə Amerikaya gələndə 16 yaşım var idi, həmin zaman məqsədim milyardlar qazanmaq deyildi. Sadəcə sağ qalmağa çalışırdım. Mən Pakistandan gələndə cibimdə 500 dollar və bir az da xırda pul var idi. Avtobus məni gecəsi 8 dollar olan bir yerə, gecələmək üçün gətirdi. Mən isə soruşdum ki, daha ucuz yer yoxdurmu yatmağa? Və məni YMCA - gənc xristianlar assosiasiyasının yerli şöbəsinə göndərdilər.

Mən küçələrdən keçərkən inanılmaz çovğuna düşdüm, bəlkə də bu İllinoys tarixində ən güclü çovğun idi. Ömrümdə ilk dəfə idi ki, qar görürdüm, ayağımdakı botinkalar dağılmaq üzrə idi. YMCA-da bir gecə 2 dollar idi, yemək yeyəndən sonra gödüm ki artıq 3-4 dollarım gedib. Pakistan üçün bu böyük pullar idi.

Amma səhərisi gün mənim daha çox qazanmaq imkanım oldu. Etməli olduğum yeganə şey – sadəcə qab yumaq idi və 1-2 dollar ödəyirdilər. Pakistanda demək olar ki, heç kəs belə pul qazanmırdı. Onda mən anladım ki, Amerika imkanlar ölkəsidir və mən öz taleyimi özüm idarə edə bilərəm. Amerikaya gəldiyimdən heç bir iki gün keçməmiş mən özüm üçün amerikan arzusunu kəşf etdim.

Ən sərfəli kredit üçün müraciət et

Bu sözlər əslən pakistanlı olan Şahid Xana məxsusdur, onun indiki sərvəti 7,1 milyard ABŞ dolları həcmindədir.

  • Ticarət üzrə mühəndis Şahid Xan 1980-ci ildə öz keçmiş işəgötürənindən avtomobil hissələri təchizatçı olan Flex-N-Gate şirkətini alıb.
  • Bir hissəli yük maşının bumper dizaynı onun uğurunun əsası olur; indi onun şirkətinin dünyada 62 zovadu və 24,000-dən çox işçisi var.
  • Xan bundan əlavə 2012-ci ildə aldığı NFL-in (Milli Amerikan Futbolu assosiasiyasının) Jacksonville Jaguars komandasına və 2013-ci ildə aldığı İngiltərənin Fulham futbol klubuna sahibdir.
  • Xanın uzunluğu 300 fut (91,44 metr) olan “Kismet” adlı superyaxtasının tikilməsi 6 il çəkmiş və nəhayət 2014-cü ildə hazır olmuşdur. 

​Şahid Xan haqqında daha çox oxu

Ən sərfəli krediti almaq üçün müraciət et