PAŞA Sığorta uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib | Banco.az

PAŞA Sığorta uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib

PAŞA Sığorta şirkətinövbəti dəfə valideyn himayəsindən məhrum olmuş uşaqların sevincinə səbəb olub. Daimuşaqları diqqət mərkəzində saxlayan şirkət 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə“Damla” İctimai Birliyinin himayəsi altında olan uşaqlar üçün xeyriyyə tədbiri keçirib.

3-14 yaş aralıqlarında 40-dan çox uşağın iştirakı ilə baş tutmuş xeyriyyə tədbirinin təşkili şirkət əməkdaşlarından ibarət könüllülər tərəfindən həyata keçirilib. Tədbirdə uşaqlarüçün animatorların iştirakı ilə xüsusi musiqili əyləncə proqramı təşkil edilib. Müxtəlif əyləncəli oyunlar və musiqili tədbir proqramı uşaqlara əsl bayram ab-havası bəxş edib.

Yarandığı gündən müxtəlif miqyaslı Korporativ Sosial Məsuliyyət layihələri reallaşdıran PAŞA Sığorta şirkəti öz missiyasının tərkib hissəsi qismində sosial məsuliyyət öhdəlikləri üzrə davamlı olaraq işlər aparmaqdadır. Bu baxımdan aztəminatlı, kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onların gələcəkdə uğur qazanmaları üçün istiqamətləndirmək PAŞA Sığorta şirkəti üçün böyük önəm kəsb edir.

Ən sərfəli kredit üçün müraciət et

Hər zaman uşaqların inkişafı üçün davamlı təşəbbüslər reallaşdıran PAŞA Sığorta şirkəti gələcəkdə də bu kimi fəaliyyətləri davam etdirməyi planlaşdırır.

Xeyriyyə tədbirindən şəkillər ilə PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsində tanış ola bilərsiniz.(https://www.facebook.com/pasha.insurance/photos/pcb.2816469911758759/2816462651759485/?type=3&theater)

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç