"PAŞA Həyat Sığorta" xüsusi məbləğdə sığorta ödənişi edib | Banco.az

"PAŞA Həyat Sığorta" xüsusi məbləğdə sığorta ödənişi edib

 "PAŞA Həyat Sığorta" şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, neft-qaz hasilatının inkişafına dəstək göstərən şirkətlərin birində çalışan işçinin baş vermiş bədbəxt hadisə zamanı xəsarət alması sığorta olunanın peşə əmək qabiliyyətinin 80%-ni itirməsi ilə nəticələnib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə zərərçəkmiş şəxsin ailəsinə 94,902 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

Ən sərfəli kredit üçün müraciət et

"PAŞA Həyat Sığorta" 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Ən sərfəli krediti almaq üçün müraciət et