PAŞA Bank ADA Universitetində təqaüd qazanmış tələbələri dəstəkləyir | Banco.az

PAŞA Bank ADA Universitetində təqaüd qazanmış tələbələri dəstəkləyir

PAŞA Bank 2018-ci ildən etibarən ADA Universiteti arasında əldə olunmuş əməkdaşlıq sazişinə əsasən, universitetdə oxuyan və yüksək nəticələr göstərən tələbələrə dəstək olur. Əməkdaşlıq çərçivəsində Bank ADA Universiteti Fonduna öz töhfəsini verərək Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda (SİTE) təhsil alan və fərqlənən tələbələrinin təqaüdünü ödəməkdədir.

10 oktyabr 2019-cu il tarixində "ADA Excellence Day 2019" - ADA Universitetində təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunması mərasimi keçirilib. Mərasimdə 50-yə yaxın tələbəyə 100, 50 və 25% həcmində təqaüdlər və xüsusi sertifikatlar təqdim edildi.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə PAŞA Bank adından iştirak edən Bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Taleh Kazımov uğur əldə edən tələbələrlə görüşmüş, onlara fərqlənmə sertifikatlarını təqdim etmişdir.

Qeyd olunmalıdır ki, PAŞA Bank və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıqla yanaşı, "Start-up" layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına Bankın əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et