“Parabank” bank olmayan kredit təşkilatına çevrilmək istəyir | Banco.az

“Parabank” bank olmayan kredit təşkilatına çevrilmək istəyir

Azərbaycanda lisenziyası ləğv edilmiş 4 bankdan biri – “Parabank” ASC-nin səhmdarları bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə bazarında iştirakını davam etdirmək niyyətindədir. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, ölkə qanunvericiliyi buna imkan verir və əgər bankın səhmdarları təşkilati-hüquqi işləri qanuna uyğun şəkildə görərlərsə, Palata bu məsələyə müsbət yanaşmağa hazırdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et