"Pandemiya kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb" | Banco.az

"Pandemiya kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb"

Bu ilin I rübündə ABŞ-ın maliyyə xidmətləri qurumu "American Express Company"nin (AmEx) xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 76,3% azalaraq 367 milyon ABŞ dolları olub.

Analoji dövrdə şirkətin hər səhminin dəyəri 77,2% azalaraq 0,41 ABŞ dollara enib.

Belə ki, şirkətin koronavirusun (COVID-19) təsiri ilə yaranan zərərləri ödəmək üçün 2,6 milyard ABŞ dolları ayırması və qlobal şirkətlərin milyonlarla işçini işdən çıxarması kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb.

Bundan başqa, faiz xərcləri istisna olmaqla hesabat dövründə şirkətin ümumi gəlirləri 0,9%-dək azalaraq 10,3 milyard ABŞ dollarına enib.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et