Pakistan BVF ilə razılaşdı | Banco.az

Pakistan BVF ilə razılaşdı

Pakistan Beynəlxalq Valyuta Fondundan (BVF) 3 il ərzində 6 milyard dollarlıq kömək alacaq.

Pakistanın Maliyyə naziri Abdul Hafiz Şaiq, BVF ilə 6 milyard dollarlıq xilasetmə paketi üzrə razılaşdıqlarını bildirib. 

Dövlət televiziyası PTV-də çıxış etmiş Şaiq, razılaşmanın 3 illik bir dövrü əhatə edəcəyini söyləyib. 

BVF ilə aparılan danışıqlarda 700 milyard Pakistan rupisi məbləğindəki vergi güzəştlərinin ləğv edilməsi razılaşdırılıb. 

Ən sərfəli kredit üçün müraciət et

İki tərəf ilk olaraq gələn maliyyə ilində yaranacağı gözlənilən 11 milyard dollarlıq kəsirin bağlanılması üzərində çalışacaq.

Pakistan gələn il elektrik və qaz qiymətlərində də artım edəcək.

Pakistan Milli Elektrik Enerjisi Şirkətinin özəlləşdirilməsi də BVF ilə razılaşdırılıb. Dövlətin şirkət üzərindəki təsiri minimuma endiriləcək.

Cari kəsiri 8 milyard dollara salmaq sözü verən Pakistan hökuməti xərcləri də azaldacaq.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et