Öz sərvətini mediadan gizlədən milyarder - Karl Kuk | Banco.az

Öz sərvətini mediadan gizlədən milyarder - Karl Kuk

Bir çox milyarderlər öz varidatı ilə gündəmə gələrkən Kuk ailəsi bu mövzuda daha mühafizəkar olmağa çalışır. Tibbi avadanlıqların biznesi ilə məşğul olan ailənin gəliri təqribən 8.1 milyard dollar qiymətləndirilir. Artıq 50 ildir fəaliyyət göstərən şirkətin əsas gəlirini katater, filtr, stentlərdən gələn gəlir formalaşdırır. Lakin bir müddət əvvəl şirkət avadanlıqların normal işləməməsi səbəbi əsas gətirilərək 3000 müştəri tərəfindən məhkəməyə verilmişdi. Lakin məhkəmə əsaslı fakt gətirilməməsi səbəbilə Kuk ailəsini günahsız bilmişdir. Lakin bu il yenidən şirkətin yenidən ikinci dinləməsi olacağı gözlənilir.

Milyardlıq sərvətinə baxmayaraq Kuk ailəsi mümkün olduğu qədər cəmiyyətin gözündən yayınmağa çalışır. Hətta hal-hazırda Kukun atası və şirkətin yaradıcısı Bill Kuk adının “400 ən varlı adam” siyahısına düşməsi mövzusunda mübahisə yaşamışdı. Buna əsas səbəb kimi “hər cür anormal bizi izləyəcək” fikrini səsləndirib. Beləki, 55 yaşlı Karl Kuk da bu mövzuya o qədər isti münasibət bəsləməyib və Forbes onlara bu haqda məlumat verdikdə Kuk bu haqda heç bir məlumat verməyəcəyini açıqlayıb. Amma belə görünür ki, media bu mövzuda israrlı olub və şirkət haqda məlumatları paylaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Nəcibə Yusifova Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et