Ötən il nə qədər insan səyahətə çıxıb? | Banco.az

Ötən il nə qədər insan səyahətə çıxıb?

BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən açıqlanan məlumatlara görə, 2019-cu ildə dünya üzrə 1.5 milyard insan müxtəlif ölkələrə səyahət edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu göstəricinin 2020-ci ildə 4% artacağı proqnozlaşdırılır. Səyahət edənlərin sayındakı bu artımda isə onlayn vasitələrin təsiri gün keçdikcə daha çox özünü göstərir. Belə ki, 2016-cı ildə onlayn səyahət satışları cəmi 564 milyard dollar idisə, 2020-ci ildə bu rəqəmin 817 milyard dollara çatacağı qeyd edilir.

Ölkələrin itisadiyyatında və dünyaya tanıdılmasında çox mühüm rolu olan turizm sektoru texnologiyanın yeniliklərindən ən çox faydalanan sahələrdən biridir. Hər 4 alış-verişdən 1-nin internet vasitəsilə həyata keçirildiyi br vaxtda insanlara bir çox üstünlüklər təklif edən onlayn səyahət saytları satın alma vərdişlərinə əsaslı şəkildə təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Qloballaşan dünyada uzaq məfhumu artıq öz mahiyyətini itirdiyi bir vaxtda dünyanın digər bir nöqtəsindəki məhsul və ya xidmətə saniyələr ərzində çatmaq mümkündür. Belə ki, 2019-cu ildə xüsusilə Avropa Birliyi ölkələrində insanların 70%-i onlayn alış-veriş etmişdir.

Həmçinin oxu: Səyahət imkanı yaradan 9 peşə sahəsi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et