OPEC-dən xəbərdarlıq - NEFTƏ TƏLƏB AZALIR, ÇƏTİNLİKLƏR ARTACAQ | Banco.az

OPEC-dən xəbərdarlıq - NEFTƏ TƏLƏB AZALIR, ÇƏTİNLİKLƏR ARTACAQ

OPEC: Ticarət gərginliyi neftə tələbi azaldır

Neft İxrac edən ölkələr Birliyi (OPEC), beynəlxalq ticarət gərginliklərinin qlobal neft tələbinə mənfi təsir etdiyini açıqlayıb. Təşkilat ilin əvvəlində açıqladığı istehlak təxminlərini aşağı salıb və irəlidə çətinliklərin artacağı proqnozunu verib.

Qarşıdakı həftələrdə ilin ikinci yarısı üçün istehsal səviyyələrini müəyyən etmək üçün toplantı keçirəcək OPEC, tələbin ilin ilk rübündə gündəlik 1 milyon bareldən az artdığını qeyd edib. 

ABŞ və Çin arasında uzun müddətdir davam edən gömrük tarifi mübarizəsinin də təsiri ilə dünya iqtisadiyyatında artım zəifləyib.

Ən sərfəli kredit üçün müraciət et

OPEC-in açıqlamasında, "Bu ilin ilk yarısı boyunca davam edən qlobal ticarət gərginlikləri daha da artdı və bunun nəticəsində qlobal neft tələbində daha yavaş bir artım meydana gəldi",- deyilir. Açıqlamada ilin ilk yarısında qlobal iqtisadiyyatda müşahidə edilən yavaşlamanın ilin ikinci yarısında daha da çətin hala gələ biləcəyi qeyd edilib. 

Bu gecə Brent neftin qiyməti 60 dollardan aşağı düşmüşdü. Sonra qiymət, Ərəb dənizində neft tankerlərinə hücumlar təşkil edildiyinə dair xəbərlər ilə 4%-ə yaxın yüksəlib. Bakı vaxtı ilə saat 15:20-də Brent nefti 62,17 dollardan alıcı tapıb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç