Nəqliyyat vasitələrinin özəlləşdirilməsindən büdcəyə daxilolmalar 4 dəfə artıb | Banco.az

Nəqliyyat vasitələrinin özəlləşdirilməsindən büdcəyə daxilolmalar 4 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, 8 ay ərzində avtomobillərin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib. Hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Avtomobillərə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, hesabat dövründə nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 46 785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 843 318 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 375 533 manat çox olub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et