Neft yenidən bahalaşdı | Banco.az

Neft yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti Qazağıstan böhranı səbəbindən bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neftin qiyməti bu həftə OPEC+ ölkələri tərəfindən qəbul edilən hasilatın artırılması qərarına baxmayaraq Qazağıstan və Liviyada cərəyan edən hadisələrdən sonra neft tədarükündə problemlərin yaranma ehtimalının gündəmə gəlməsi ilə yenidən bahalaşıb.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,8% bahalaşmaqla hazırda bir bareli 80.07 dollardan ticarət edilir.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında 0,6% dəyər qazanaraq bir bareli 82.51 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et