Neft qiymətləri stabilliyini saxlayır | Banco.az

Neft qiymətləri stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə stabil başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti güclü tələb mənzərəsinə baxmayaraq 70 dollar səviyyəsini üstələməkdə çətinlik çəkir.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% ucuzlaşmaqla hazırda bir bareli 70.03 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,4% geriləyərək bir bareli 72.24 dollar səviyyəsinə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et