Neft hasilatçıları hasilatı azaltmaqla bağlı anlaşmaya 86% əməl edib | Banco.az

Neft hasilatçıları hasilatı azaltmaqla bağlı anlaşmaya 86% əməl edib

OPEC və kartelə üzv olmayan ölkələrin 2016-cı il noyabrın 30-da Vyana şəhərində əldə etdiyi hasilatın azaldılması ilə bağlı anlaşmaya 86% əməl edilib.

"Forexpf.ru" saytına istinadən xəbər verilir ki, bu barədə məlumat anlaşmanın nəticlərəninin monitorinqi üzrə müştərək texniki komitənin yaratdığı Komissiya tərəfindən yanvar hesabatında bildirilib. 

Hesabatda qeyd olunub ki, OPEC ölkələri anlaşmaya 94%, digər ölkələr isə 66% əməl edib. Xatırladaq ki, Monitorinq Komissiyasına Küveyt, Əlcəzair, Venesuela, Oman və Rusiya daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Anlaşmaya əsasən, ümumilikdə neft ölkələri gündəlik hasilatı 1,76 mln. barel azaltmağı öhdəlik kimi qəbul ediblər. Bundan 558 min barel/gün və ya 31,8% OPEC üzvü olmayan ölkələrin payına düşür. Bununla da ümumi öhdəlik yanvarda 1,51 mln. barel/gün səviyyəsində icra olunub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et