“NBC Bank”ın vəziyyəti məlum oldu | Banco.az

“NBC Bank”ın vəziyyəti məlum oldu

“NBC Bank” 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

2019-cu ilin yanvar-mart dövründə “NBC Bank”ın cəmi gəlirləri 5 milyon 521 min manat, cəmi xərcləri isə 5 milyon 858 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 337 min manat əməliyyat zərəri yaranıb. “NBC Bank” Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 257 min manat da ayırdığından zərər 594 min manata yüksəlib.

Müqayisə üçün qeyd edək ki, “NBC Bank” ASC 2018-ci ilin 1-ci rübünü 818,1 min manat xalis mənfəət ilə başa vurmuşdu. Ötən ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat,  cəmi xərcləri 3 milyon 938 min manat təşkil etmişdi. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “NBC Bank”ın faiz gəlirləri 610 min manat və ya 15,3% artaraq 4 milyon 584 min manat təşkil edib. 2018-ci ilin 1-ci rübündə Bankın faiz gəlirləri  3 milyon 974 min manat təşkil etmişdi. Qeyri – faiz gəlirləri isə  639 min manatdan 937 min manata yüksəlib (298 min manat çox).

Gəlirlər ilə bərabər xərclər də artıb. Faizlər və onunla bağlı xərclər 1 milyon 125 min manat və ya 46,8% artaraq 3 milyon 529  min manat, qeyri-faiz xərcləri isə 795 min manat və ya 51,8% artaraq 2 milyon 329 min manat təşkil edib.

2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “NBC Bank” cəmi gəlirləri 908 min manat, cəmi xərcləri isə 1 milyon 920 min manat artıb. Xərclərin artması gəlirlərin artmasını üstələyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et