Müvəffəqiyyətli brokerlərə şəxsi klub | Banco.az

Müvəffəqiyyətli brokerlərə şəxsi klub

ABŞ bankı Merrill Lynch brokerləri motivasiya etmək üçün yeni proqram hazırladı. Proqrama uyğun olaraq, ildə müştərilərindən ən az 8 milyon dollarlıq sərmayə çəkə bilən brokerlər "Zirvə Klubu"na (Pinnacle Club) üzv olacaq. Bank bu proqramdanyeni bir satış gücü gəlməsini gözləyir. Çünki bankın daha əvvəl tətbiq etdiyi təşviq proqramında ən üst səviyyədəki imtiyazlı klub olan "Çempionlar Klubu"na girə bilmək üçün 4 milyon dollarlıq satış etmək kafi olurdu. 

Ən sərfəli kredit üçün müraciət et

"Zirvə Klubu"na girməyə haqq qazanan brokerlər 10 min dollar nağd pul mükafatı ilə bərabər, özlərini elit brokerlər olaraq tanıtmağa da haqq qazanacaq. Bu kəslər, ictimai mediada və öz internet saytlarında da "Zirvə Klubu"na üzv olduqlarını yaza biləcək.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et